Sizin reklam burada
Sizin reklam burada
  • Millət vəkili Razı Nurullayev: "-Komitə iclaslarına rəhbər şəxslərin özlərinin gəlməsini hörmətsizlik hesab edirəm!"

    Millət vəkili Razı Nurullayev: "-Komitə iclaslarına rəhbər şəxslərin özlərinin gəlməsini hörmətsizlik hesab edirəm!"Bu gün Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. İclasın gündəliyinə 11 məsələ daxil edilmişdi. Cari məsələlərin müzakirəsində sonra gündəlikdəki Qanun layihələrinə baxıldı. Qeyd edək ki, bugunkü clasda, İnsan Hüquqları üzrə müvəkkil (OMBUDSMAN) Səbinə Əliyeva, eləcə də aparat rəhbərliyi də iştirak edirdi və Səbinə xanım illik məruzə ilə çıxış etdi.
    Məruzə ətrafında aparılan müzakirələr zamanı millət vəkili Razı Nurullayevin səsləndirdiyi fikirlər həmişə olduğu kimi, xüsusilə diqqət çəkdiyindən çıxışı olduğu kimi diqqətinizə çatdırırıq.
    -İnsan hüquqları üzrə müvəkkilin hesabatı təbii ki, qəbul ediləcək. Hələ qəbul edilməyən, çək-çevir yaradan hesabat görməmişəm. Amma, istərdim ki, Parlamentdə hesabat dinləmə, hesabat vermə və hesabata münasibətdə keyfiyyət dəyişikliyi olsun. Hesabatı verməyə gələn aidiyyatı qurumların rəhbərləri "birdən hesabat qəbul edilər, birdən qəbul edilməz", deyə narahatlıq keçirsinlər. Hər kəs gələndə bilir ki, hesabatı qəbul ediləcək. Bu arxayınçılığı Parlamentin nüfuzuna ziyanlı hesab edirəm.
    Neçənci dəfədir ki, Parlamenentin İnsan hüquqları komitəsində müvəkkilin hesabatını dinləyib plenar iclasa tövsiyə edəndə hörmətli müvəkkilin özünü görmürük. Mən ümumiyyətlə, komitə iclaslarına rəhbər şəxslərin özlərinin gəlməməsini hörmətsizlik hesab edirəm. Bu davranış təkrarlandıqca bizim də yanaşmalarımızın adekvat olacağı başadüşüləndir.
    Xeyli ölkələr göstərə bilərəm ki, orada insan hüquqları üzrə müvəkkilə müqəddəs insan kimi yanaşırlar. Çünki, o, xalqa həqiqətən də çox əlçatan olur. Bu əlçatanlıq da kifayət deyil. Gərək insanlar müvəkkilə son ümid yeri kimi baxsın və nəticə görsün, istilik, nəvaziş və mehribançılıq hiss etsin.
    Müvəkkilin sosial şəbəkələrdə fəaliyyətinin də təkmilləşdirilməsini istərdim. Təəssüf edirəm ki, vəzifəli şəxslərin xeyli hissəsi, o cümlədən müvəkkil aparatı da pandemiyanı əsas gətirib xalqdan uzaq düşüb. Xalqın içində olmaq, onun əlini tutmaq, onu qucaqlamaq, dərdinə şərik olmaq gərəkdir. Rəsmi məlumatlar dərc etmək, quru bəyanatlar vermək, onlayn görüşlərin şəklini paylaşmaq xalqı cəlb edə bilməz. Elə ona görə də müvəkkil instutunun sosial şəbəkə hesabları darıxdırıcıdır və vətəndaşların ehtiyaclı hissəsi ora daxil olub baxmır.
    Nəyə baxsın, quru bəyənatlara və şablon sözlərdən ibarət informasiyalara?
    Hesabatda 73 tövsiyə yer alıb. O qədər gözəl tövsiyələrdir ki, həyata keçirilsə, günü sabahdan İsveçrəyə bənzər ölkədə yaşayarıq. Komitə iclasında müvəkkil aparatının rəhbəri hörmətli Aydın müəllim Səfixanlıya sual verdim ki, hər dəfə bu qədər tövsiyələr verilir, bunların neçə faizi həyata keçirilir? Hörmətli Aydın müəllim dedi ki, tövsiyələr əsasən, təkrar olunmur, hesabat dövrü 70 faiz tövsiyələr həyata keçirilir. Əgər bu rəqəm doğrudursa, ölkədə ən azından qanunvericilik baxımından problem olmamalıydı axı, şikayət məktublarının sayı azalmalı, vətəndaşların real problemləri də həll edilməliydi. Mən bu sualı hörmətli müvəkkil Səbinə xanıma ünvanlayıram. Siz verdiyiniz təkliflərin həyata keçirilmə sayını səsləndirə bilərsinizmi?
    Xeyli ağır məsələlər də var idi. Daha onları səsləndirmirəm. Komitə iclasımız xeyli canlı keçdi və hörmətli həmkarlarım tərəfindən əsaslı və yerində məsələlər deyildi. Yəqin bu tribunada da səsləndirəcəklər, hesab edirəm ki, deyilməlidir. Qaldırılan məsələlərin diqqətlə araşdırılmasını və insan hüquqları üzrə müvəkkil institutunun vətəndaşlara yaxın olmasını arzulayarıram.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ