"Bütün bu proseslər ardıcıl şəkildə çox dolğun faktlarla öz əksini tapmışdır. Eyni zamanda, videoçarx vasitəsilə təqdim olunan-Ulu öndərimizin dediyi fikirlər bütövlükdə bu proseslərin fəlsəfəsini mahiyyətini ortaya qoymuşdur. Ona görə də məndə çalışacam ki, öz fikirlərimi bir qədər lakonik ifadə edim". Bu fikirləri Milli Məclisin fevralın 25-də keçirilən plenar iclasında Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar çıxış edərkən millət vəkili Aydın Hüseynov səsləndirdi. "Düz 30 il bundan öncə bəşəriyyətin ən qanlı, ən faciəli bir hadisəsi baş verdi. Bu faciəni erməni vəhşiləri, vandalları Azərbaycan torpağında törətdi. O dövrdə xalqımız hədsiz dərəcədə çox böyük ümidsizliyə qapılmışdır və sözün əsl mənasında ağlamaqdan, sızlamaqdan başqa elə çarəmiz yox idi. Tale elə gətirdi ki, Ulu Öndərimiz Azərbaycana gəldi və bu hadisə az öncə baxdığımız rolikdə gözəl ifadələrlə öz əksini tapmışdır. Bu gün qürurverici haldır ki, biz 30 ildən sonra bu qanlı faciəni qələbə ruhunda, qələbə əzmində yad edirik. Çox böyük İftixar hissi var Azərbaycan xalqında. Xocalı faciəsi, Xocalı yarası heç birimizin qəlbimizdən heç zaman silinməyəcək".
Millət vəkili çıxışı zamanı bildirdi ki, bütövlükdə qeyd etdiyim kimi, bu gün qələbə sevinci ilə Xocalı şəhidlərini yad edirik. Bəli, qəlbimizdə göynərti ilə yanaşı böyük bir qələbə fəxarəti də var. Bütün bunlar Cənab prezident İlham Əliyevin bu istiqamətdə ardıcıl şəkildə gördüyü işlərin, apardığı uğurlu siyasətin, çevik diplomatiyanın, eyni zamanda Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi zəruri, həm də uğurlu tədbirlərin, Leyla xanım Əliyevanın apardığı məqsədyönlü kampaniyaların real nəticələridir. Ötən dövr ərzində əldə olunan nailiyyətlər özündə gələcəyə real baxışlı, inamlı gənclərin formalaşmasını səciyyələndirdi. O gənclər ki, bax, bu qələbəmizi təmin etdi. O gənclər ki, soyuqda, qarda doğma yurd-yuvasından perik düşərək qucaqda gəldi, ancaq zamanı çatdı, Xocalının qisasını aldı. Bu gün Qarabağda, Şərqi Zəngəzurda əmək qəhrəmanlığı göstərir, quruculuq işləri görür o gənclərin bir qismi. O, gələn gənclər bu gün böyüyüb, artıq diplomatik sahələrdə böyük tədbirlərdə öz sözlərini deyirlər. Bugünlər biz Milli Məclisdən komitə sədri Tahir Mirkişilinin timsalında bütövlükdə qaçqın olan uşaqların həyatına baxsaq, ölkədə aparılan diplomatik tədbirlərin davamı olaraq Ermənistanın paytaxtında beynəlxalq tədbirdə sərgilədiyi o kəskin mövqeyi, bütövlükdə Azərbaycanın mövqeyini əks etdirməsi gənclərimizin diplomatik qələbəsinin gorüntüləridir. Bax, bu kimi gənclərimiz artıq üzərinə böyük bir missiyanı götürərək, indi Xocalıya ədalət kompaniyasının silsiləsi olaraq bütün dünyaya bax, o diolomatik səylərini nümayiş etdirirlər. Biz tezliklə Xocalının soyqırım kimi tanınmasına nail olacığıq. Əlbəttə, bütün bunlar hər bir Azərbaycan xalqının, hər birimizin əlimizdən gələn qədər əsas işimiz olmalıdır. Təbii ki, bu istiqamətdə ölkə Prezidentinin kəskin mövqeyi ortadadır.
" Mən inanıram ki, Sarkisyan kimi Köçəryan kimi cəlladlar xalq-ədalət mühakiməsi qarşısında cavab verəcəklər. Necə ki, Sarkisyan Xocalıda qan tökürdü, at oyadırdı, ancaq Şuşadan və Qarabağdan necə qaçdısa, bu dəfə qaçıb gizlənəcəyi yer olmayacaq və hesab edirəm ki, Xocalının soyqırım kimi tanınması ümumilikdə bəşəriyyətin özünün ləkəsini yumuş olacaq"-deyə millət vəkili Aydın Hüseynov çıxışına yekun vurdu.
Bəradər SƏMƏNDƏRLİ
"Atributinfo.az"
