Sizin reklam burada
Sizin reklam burada
  • Parlament Şuşa Bəyannaməsini təsdiq etdi

    Parlament Şuşa Bəyannaməsini təsdiq etdi Milli Məclis Şuşa Bəyannaməsini təsdiq edib.
    Parlamentin bu gün keçirilən plenar iclasında
    “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.
    Müzakirələrdən sonra Bəyannamə səsverməyə qoyularaq təsdiq edilib.
    Qeyd edək ki, 2021-ci il iyunun 15-də Şuşada “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.
    Sənəd Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ