"Qeyd etmək lazımdır ki, CoMap.az 2010-cu ildə SİNAM şirkəti tərəfindən yaradılmışdır və hazırda regionun dəqiq elektron xəritəsini istifadəçilərinə üç dildə təqdim edir. Çox.Map.az komandası elektron xəritə məlumat bazasını durmadan inkişaf etdirir və xəritəni durmadan yeniləyir və portalın funksionallığını genişləndirir. 2021-ci ildə CoMap.az-51 ölkədən olan ziyarətçilər 8 min dəfə istifadə etmişdir."-deyə layihə barədə tədbir iştirakçılarına geniş məlumat verərək millət vəkili Əziz Ələkbərli bildirdi.
O, əlavə etdi ki,
Layihə Qərbi Azərbaycan İcması və SİNAM şirkəti tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) texniki dəstəyi ilə ərsəyə gəlmiş, SİNAM şirkəti tərəfindən reallaşdırılaraq GoMap.az milli elektron xəritə üzərindən həyata keçirilmişdir.
Layihənin əsas məqsədi hazırda Ermənistan Respublikasının nəzarət etdiyi qədim Azərbaycan məskənlərinin tarixi adlarını bərpa etmək, vətənlərini ötən yüzillikdə 4 dəf (1905-1907, 1918-1920,1948-1953,1988-1991) erməni millətçilərinin və sovet imperiyasının təzyiqi altında tərk etməyə məcbur olmuş insanların, adları dəyişdirilən yaşayış məskənlərimizin mədəni irsini və yaddaşını elektron daşıyıcılara həkk etmək, bu insanları virtual məkanda birləşdirərək milləti böyük qayıdışa hazırlamaqdır.
Layihənin ideya rəhbəri Ə.Ələkbərli
GoMap.az portalı vasitəsilə həyata keçirilən bu layihənin əsas özəlliyi barədə məlumatı təqdimata dəvətlilərin diqqətinə çatdırdı:- "Qərbi Azərbaycan ərazisindəki adları dəyişdirilmiş 1000-dən artıq toponimlərimiz (yaşayış məskənləri, tarixi yerlər, dağ zirvələri, göllər, çaylar və bulaqlar) öz tarixi adlarında bərpa olunmuş şəkildə, Azərbaycan dilində olan adları ilə verilir və tarixi yaddaşı bərpa etmək üçün Qərbi Azərbaycan İcmasının və bu bölgə ilə bu və ya digər formada əlaqədar olan bütün soydaşlarımızın səylərini birləşdirir. Layihə XX əsr ərzində bir neçə dəfə öz tarixi yurdlarından qovulmuş soydaşlarımıza bir daha, (hələlik virtual da olsa) o yerlərə səyahət etmək, Qərbi Azərbaycanda yaşadıqları şəhər və kəndlərindəki ünvanlarını paylaşmaq, o yerlərlə bağlı fotolatı dərc etmək və itirilmiş insani əlaqələri bərpa etmək imkanı verir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) texniki dəstəyi ilə həm ərazinin peyk fotoşəkillərinin, həm də proqram təminatının yerləşdirilməsi üçün texniki platformanı təmin edərək layihənin qısa müddət ərzində həyata keçirilməsinə imkan yaradılmışdır".
Tədbirdə millət vəkillərindən Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Arzu Nağıyev, İltizam Yusifov, Etibar Əliyev, Vüqar İsgəndərli və digər şəxslər çıxış edərək layihənin tarix-diyarşünaslıq baxımından xüsusi əhəmiyyətə malik olacağından danışdılar.
P.S. Onu da qeyd edək ki, tədbir boyunca layihənin ideya-prinsipini əks etdirən videoçarx nümayış etdirildi, müfəssəl məlumat verildi.
Bəradər SƏMƏNDƏRLİ
"Atributinfo.az-ın baş redaktoru

