Qonaqları salamlayan sədr müavini ölkəmiz üçün böyük tarixi əhəmiyyətə malik Zəfər gününün qeyd olunduğu bir vaxtda həyata keçirilən bu səfəri yüksək qiymətləndirib. Ölkələrimiz arasındakı münasibətlərə toxunan Adil Əliyev Azərbaycan və Moldova arasında əlaqələrin dinamik inkişaf etdiyini qeyd edib. O, Qaqauziyada Heydər Əliyev Fondu tərəfindən 650 yerlik məktəbintikilməsinin iki ölkə arasında dostluq əlaqələrinin bir nümunəsi olduğunu diqqətə çatdırıb. Vitse-spiker 2020-ci ildə Moldovada keçirilən seçkiləri müşahidə etmək məqsədilə bu ölkəyə səfər edərkən parlamentdəkeçirdiyi görüşləri xatırlayıb, parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin Azərbaycan-Moldova əlaqələrinin inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Adil Əliyev qonaqlara Azərbaycanın 44 günlük Vətən müharibəsində 30 il ərzində Ermənistanın işğalı altında olan ərazilərini işğaldan azad etməsi və bununla da bölgədə yaranmış yeni reallıqlar və iqtisadi imkanlar barədə də məlumat verib.
Diqqətə çatdırıb ki, ölkəmiz uzun illər münaqişənin sülh yolu ilə həllinə çalışsa da, Ermənistan danışıqlar prosesini pozaraq ardıcıl təxribatlar törədir, münaqişənin həllinin uzadılmasına çalışırdı. Nəticədə isə düşmənin sonuncu belə təxribatının qarşısı alınaraq,Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan ordusu tərəfindən əks-hücum əməliyyatlarına başlandı və 44 gün ərzində düşmən ordusu darmadağın edilərək, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.
Söhbət zamanı Adil Əliyev Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı barədə də qonaqlara geniş məlumat verib.
Səmimi qəbula görə təşəkkürünü bildirən xanımİrinaVlax inkişaf etməkdə olan münasibətlərin hər iki ölkənin xeyrinə olacağını qeyd edərək, Azərbaycanı qazandığı tarixi Zəfərə görə təbrik edib. Qonaq həyata keçirilən qarşılıqlı səfərlərin əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Görüşdə iştirak edən Milli Məclisin Azərbaycan-Moldova parlamentlərarasıəlaqələr üzrə işçi qrupunun rəhbəri Sabir Hacıyevbu cür səfərlərin əhəmiyyətindən danışıb, tarixi Zəfərimizin ildönümündə dostlarımızıölkəmizdə görməkdən məmnunluğunu ifadə edib.
Sonra görüşdə tərəfləri maraqlandırandigər məsələlər ətrafında müzakirələr aparılıb.
