Mən bilmək istəyirəm ki, bu nə qədər əsaslandırılıb və onlara veriləcək vəsaitlər insanların-xəstələrin ehtiyaclarını ödəyə biləcəkmi?
Siyasət
18-10-2021, 10:08
490
"Bu qanun layihəsində çox vacib iki məsələ qoyulub. Əslində Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibb yardım göstərilməsi də belə görünür ki, xidmət zərfinə salınır. Bu günə qədər bu yox idi. Məsələ burasındadır ki, biz özümüz də onkologiya xəstəxanasının yanından keçəndə görürük orda xeyli vətəndaşlar yığılıb, adamın ürəyi ağrıyır. Onkologiya məsələsi belədir ki, onun müalicəsi çox böyük vəsait tələb edir". Bu sözləri Milli Məclisin oktyabrın 15-də keçirilən payız sessiyasının plenar iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edərkən millət vəkili Razı Nurullayev söylədi. O, əlavə etdi ki, biz bu gün hələ mövcud zərfə daxil olan xəstəliklərin müalicəsi ilə bağlı vətəndaşlara tibbi yardım göstərilməsində çətinliklər çəkirik, hər kəs narazıdır. Amma onkoloji xəstəliklər də zərfə daxil edilsə, hesabınızı götürün ki, şikayətlərin sayı minə, on minə çatacaq və onların qarşısında dayanmaq olmayacaq. Mən bilmək istəyirəm ki, bu nə qədər əsaslandırılıb və onlara veriləcək vəsaitlər insanların-xəstələrin ehtiyaclarını ödəyə biləcəkmi? Yoxsa, yenə əlavə bir narazılıq yaradacaq? Çünki, mənim bildiyimə görə onlara ayrılan dövlət vəsaiti ümimilikdə azdır. Bundan sonrakı məsələlərdə ancaq bu icbari tibbi sığortanın vəsaiti hesabına olunacaqsa, hesab edirəm ki çox ciddi problemlər yaşanacaq, o xidmət özünü uğurlu göstərə bilməyəcək və əlavə olaraq narazılıqlar ortaya qoyacaq. Onun üçün də mən bununla bağlı hörmətli komitə sədrimizdən də, aidiyyəti qrumlardan da, buna cavabdeh şəxslərdən də çox xahiş edərdim üzürlü saysınlar və mümkünsə, cavab versinlər. Millət vəkili digər bir xarici, yəni vətəndaşlığı olmayan şəxslər barədə məsələyə də münasibət bildirərək vurğuladı ki, ümumiyyətlə, mən araşdırdım dünyanın bir çox ölkələrində, o cümlədən İtaliyada digər ölkələrdə əcnəbilərə vacib olan məqamlarda turaq ki, əgər onun tibbi sığortası yoxdursa, müəyyən bir xidmət göstərilir. Mənə elə gəlir ki, xəstə kim olursa olsun, vətəndaş oldu olmadı, ona ilkin tibbi yardım göstərilməlidir və pulu yoxdursa da, o buna edilməlidir. Onun üçün bu məsələlərdə daha humanist yanaşmağın tərəfdarıyam ki, bu əcnəbilərə də aid edilsin.