Pandemiya qaydalarına uyğun keçirilən görüşdə vitse-spiker Adil Əliyev Vətən müharibəsindən ötən 10 ayda işğaldan azad edilmiş ərazilərimizdə aparılan böyük abadlıq-quruculuq işlərindənsöz açıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Zəfər qazanan Azərbaycanın 30 illik işğala son qoyduqdan dərhal sonra öz əzəli torpaqlarında bərpa və yenidənqurmaya başladığını deyib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətindənbəhs edərəkHeydər Əliyev Fondu tərəfindən mədəniyyət paytaxtımız Şuşada təşkil edilən tədbirlər barədə geniş məlumat verib.
Görüşdə seçicilərinmüraciətlərinə həssaslıqla yanaşılıb. Sosial, məişət, humanitar xarakterli bir sıra məsələləryerindəcə həllolunub. Digər xarakterli müraciətlərin həlli üçün aidiyyəti üzrə müxtəlif qurumlara məktublar ünvanlanıb. Həmçinin, bəzi vətəndaşlara müraciətləri ilə bağlı qanunvericiliyin tələblərinə uyğun izahlar verilib. Həmçinin seçicilərə koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl etmək tövsiyə olunub.
Tədbirdə Bakı şəhər NərimanovRayon İcra Hakimiyyəti başçısının müavini və digər vəzifəli şəxslər iştirak ediblər.
