Açılış hissəsində Özbəkistan Respublikasının Prezidenti ŞavkatMirziyoyev (videomüraciət),Özbəkistan Ali Məclisi Senatının Sədri Tənzilə Narbayeva, Ali MəclisinQanunvericilik Palatasının Sədri Nurdinjonİsmoilov, Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq, BMT-nin İqtisadi və sosial şurasının sədri Akram Munir (videomüraciət), ATƏT PA sədri Piter Lord Bauness (videomüraciət),TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov,Asiya Parlament Assambleyasının baş katibi Məhəmməd Rza Məcidi (videomüraciət), Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop (mətni TBMM-in komitə sədri İsmət Uçma oxudu) və BMT-nin Özbəkistandakı daimi nümayəndəsi HelenaFreyzerin çıxışları dinlənildikdən sonra forum işini sessiyalarda davam etdirib.
“Ölkələrin milli inkişaf strategiyaları kontekstində Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi” adlanan 2-ci sessiyada Milli Məclisin deputatı Arzu Nağıyev “Türkdilli ölkələrin əməkdaşlığı və parlamentlərarası əlaqələr” mövzusunda çıxış edib.
Türkdilli ölkələrin əməkdaşlıq formatları barədə məlumat verən Arzu Nağıyev Türkdilli Ölkələrin Parlament Assambleyasının parlamentlərarası əməkdaşlığın genişləndirilməsindəki rolundan danışıb. Bildirilib ki, TÜRKPAnəinki parlamentlərarası əməkdaşlıq platforması, eyni zamanda informasiya, təcrübə və mədəniyyətlərin mübadiləsi, iqtisadi, siyasi əlaqələrin möhkəmləndirilməsi kimi məsələlərdə həm üzv ölkələr, həm də region dövlətləri arasında böyük nüfuz əldə edib. Arzu Nağıyev beynəlxalq əməkdaşlığa və parlament diplomatiyasına xüsusi önəm verən Azərbaycan parlamentinin dəstəyi ilə bu müstəvidə həyata keçirilən tədbirlərdən danışıb. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın möhtəşəm qələbəsi iləregionda yaranan yeni əməkdaşlıq imkanlarının dəstəklənməsindəparlament diplomatiyasının rolunu vurğulayıb.
İyunun 24-də forum sessiyalardaişini davam etdirəcək. Yekunda Buxara Bəyannaməsinin imzalanması gözlənilir.
