Sizin reklam burada
Sizin reklam burada
  • Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsi ilə ölkənin yeni intibah dövrü başlandı

    Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsi ilə ölkənin yeni intibah dövrü başlandı Vüqar İsgəndərli,
    millət vəkili

    103 il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. 1990-cı ildən Cümhuriyyət Günü ölkədə dövlət bayramı kimi qeyd edilir.
    Azərbaycanın milli bayramlarından olan Respublika Günü 30 ildən sonra ilk dəfədir ki, müzəffər Ali Baş Komandanın və rəşadətli Ordumuzun gücü-qüdrəti sayəsində işğaldan azad olunan torpaqlarda da qeyd edilir.
    1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) - müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoydu.
    Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən - Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.
    Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
    Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını alındı.
    XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.
    Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.
    Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsi ilə Azərbaycanın yeni intibah dövrü başlandı. Ölkədə başqaldıran ictimai-siyası qarşıdurmanın, xaosun qarşısının alınması, cəbhədə atəşkəsə nail olunaraq ordu quruculuğuna strat verilməsi və zamanında yaradılan möhkəm diplomatik bazanın bariz nümunəsidir ki, Onun siyasi-kursunun layiqli davamçısı cənab İlham Əliyevin liderlik, sərkərdəlik məharəti ilə Qarabağ düşmən işğalından azad edlərək, orada yeni quruculuq işlərinə başlandıı, Şuşada tarixi-ənənəvi "Xarıbülbül" festivalı 30 ildən sonra keçirildi.
    Bəli, Ümummilli Liderin qarşıya qoyduğu hədəfləri möhtərəm Prezidentimiz İlham Əliyev ideyaca yeni formada, müasir dövrə uyğun şəkildə layiqincə idarə edir və bu gün Azərbaycan sözün əsl mənasında Cümhuriyyət dövründən bu yana illərə bölsək, baxarıq ki, özünün ən yüksək səviyyəli dövlətçilik ənənəsinin yaşayır. Çünki biz olmazı olan etmişik, uzun illərdən bəri dondurulmuş münaqişəni həll etmişik. Artıq belə bir müharibə, münaqişə yoxdur. Azərbaycan cənab Prezidentin rəhbərliyi ilə yeni hədəflərə doğru uğurla inkişaf etməkdədir və inanırıq ki, hələ ölkəmizi möhtərəm Prezident İlham Əliyevlə, Birinci vitse-prezident Mehriban xanım Əluyevayla yeni-yeni davamlı uğurların imzası gözləyir.
    Başda cənab Prezident və Birinci vitse-Prezident olmaqla, hər bir azərbaycanlını 28 May Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ