Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclis MSK-nın yeni tərkibini təsdiqlədi - SİYAHI

    Milli Məclis MSK-nın yeni tərkibini təsdiqlədi - SİYAHI Milli Məclisin bu gün keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi barədə qərar layihəsinə baxılıb.
    Spiker Sahibə Qafarova bildirib ki, Mərkəzi Seçki Komissiyasının səlahiyyət müddəti başa çatıb:
    “Milli Məclis Mərkəzi Seçki Komissiyasının yeni tərkibini formalaşdırımalıdır. Artıq çoxluq təşkil edən partiyanın, bitərəflərin, azlıq təşkil edən partiyaların nümayəndələrinin siyahısı razılaşdırılıb”.
    Milli Məclisdə çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı (Yeni Azərbaycan Partiyası) təmsil edən namizədlər aşağıdakılardır:

    Məzahir Pənahov
    Rövzət Qasımov
    Hüseyn Paşayev
    Şaitdin Əliyev
    Ramiz İbrahimov
    Validə Kazımova
    Hümbətov Sürəddin (ehtiyat üzv).

    Heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatlarının Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri aşağıdakılardır:

    Arifə Muxtarova
    İlham Məmmədov
    Nizami Nadirxanlı
    Fuad Cavadov
    Qabil Orucov
    Nailə Əsgərova
    Aydın Muradov.

    Parlamentdə azlıq təşkil edən siyasi partiyaların namizədləri isə aşağıdakılardır:
    Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov
    Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev
    Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Mikayıl Rəhimli
    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı.
    Azərbaycan Demokratik İslahatlar Partiyası ilə birgə Vətəndaş Birliyi Partiyasının namizədi - Tofiq Həsənov
    Niyaməddin Orduxanlı (ehtiyat üzv).

    İclasda namizədlərin siyahısı səsə qoyularaq qəbul edilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ