Sizin reklam burada
Sizin reklam burada

Ermənistana güzəşt limiti tükənib

Qulu Süleymanov,
Bakı şəhəri 37 saylı Notariat Ofisinin notariusu

Azərbaycanın düşmən üzərində qələbəsi həm də onların iç üzünü dünyaya tanıtdı


Bu sevincli günlərdə ədliyyə işçiləri də öz peşə bayramlarını qeyd etməyə hazırlaşırlar. Zənnimcə belə məqamda keçmişə nəzər salmaq da yerinə düşərdi.
Məlum olduğu kimi, 28 may 1918-ci ildə Şərqdə ilk parlamentli dövlət kimi yaradılan Azərbaycan Xalq Cümhuriyyəti çox mürəkkəb bir tarixi şəraitdə fəaliyyət göstərmişdir. Cəmi 23 ay ərzində Cümhuriyyət qurucuları demokratikləşmə, həmçinin iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq və digər sahələrdə çox böyük işlər görə bilmiş, qısa müddətdə həyata keçirilən tədbirlər xalqımızın tarixində silinməz izlər buraxmışdır.
Təqdirəlayiq haldır ki, Azərbaycan Xalq Cümhuriyyətinin böyük önəm verdiyi sahələrdən biri də ədliyyə sistemi olmuşdur. Təsadüfi deyil ki, Ədliyyə Nazirliyinin təsis edilməsi ilə Cümhuriyyətin yaranması günü ilə eyni vaxta düşür. Ermənistana güzəşt limiti tükənib
Fətəli xan Xoyski tərəfindən birinci hökumət təşkil edilərkən Ədliyyə Nazirliyi də yaradılır. İlk ədliyyə naziri görkəmli ictimai-siyasi xadim Xəlil bəy Xasməmmədov təyin edilir. 1918-ci il iyun ayının 17-də Gəncə şəhərində ikinci hökumət formalaşdırılarkən Fətəli xan Xoyski həm Nazirlər Şurasının sədri, həm də ədliyyə naziri vəzifəsini icra edir. Cəmi 10 gün sonra Tiflis məhkəmə palatasının üzvü olan Teymur bəy Makunski nazir müavini vəzifəsinə gətirilir. 1918-ci il dekabrın 26-da üçüncü hökumət təşkil edilərkən ədliyyə naziri vəzifəsi boş qaldığına görə həmin postu nazir müavini Teymur Makinskiyə həvalə edirlər.
1919-cu il aprel ayının 14-də dördüncü hökuməti təşkil edən Nəsib bəy Yusifbəyli və vəzifəni sosialist Aslan bəy Səfikürdskiyə tapşırır. N.Yusifbəylinin təşkil etdiyi beşinci hökumət kabinetində isə ədliyyə naziri vəzifəsini X.Xasməmmədov icra etməyə başlayır.
Yarandığı ilk günlərdə Ədliyyə Nazirliyinin ştatında yalnız nazir postu var idi. Gəncəyə köçdükdən sonra isə Cümhuriyyət Hökumətinin 1918-ci il 26 və 30 iyun tarixli qərarları ilə nazir müavini ştatı verilməklə, nazirliyin idarə strukturu, dəftərxanası yaradılır. Həmin il sentyabrın 15-də Bakı Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti sentyabrın 17-də Bakıya köçür. Nazirlik sentyabrın 26-dan Bakıda fəaliyyətə başlayır.
Noyabrın 22-də nazirliyə yeni ştat vahidləri - dəftərxanaya 5 nəfər kargüzar və 8 nəfər dəftərxana xidmətçisi ştatı verilir, bu struktura direktor və direktor müavini təyin olunur. 1919-cu il avqustun 11-də hökumətin qərarı ilə Ədliyyə Nazirliyinin sstemində həbsxana işləri şöbəsi də yaradılır. Cümhuriyyət Parlamentində qəbul olunan qanun layihələrinin əksəriyyətinə Ədliyyə Nazirliyində baxıldığından, 1919-cu il noyabrın 28-də nazirliyin ştatını artırmaq barədə qanun layihəsi hazırlanaraq Parlamentin müzakirəsinə təqdim olunur. Layihə üzrə qəbul edilən qanuna əsasən, Ədliyyə Nazirliyi sistemində tərcüməçilər, hüquq məsləhətxanası şöbələri və mühasiblik yaradılır.
Cümhuriyyət qurucuları bu sahələri işləri yenicə yoluna qoyurdular ki, Qızıl Ordu Azərbaycanı işğal etdi. Düzdür, sovet dönəmində də ədliyyəmiz o dövrün tələblərinə uyğun şəkildə fəaliyyət göstərdi, amma dəfələrlə struktur dəyişikliklərinə məruz qaldı, repressiya illərində ondan bir alət kimi istifadə olundu və yalnız ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana siyasi rəhbər təyin olunduqdan sonra ədliyyəmizin inkişafı milli dayaqlara söykəndi, ölkədə kifayət qədər bu sahəyə önəm verilməyə başlandı. 2003-cü ildə İlham Əliyev ölkə Prezidenti seçildikdən sonra isə Azərbaycan ədliyyəsi yeni sürətli inkişaf mərhələsinə qədəm qoydu.
Təbii ki, mən bütün bunları qarşıdan gələn peşə bayramımızla əlaqədar xatırladım. Bu günün əsas mövzusu isə faşist erməniləri üzərində qazandığımız parlaq qələbəmizdir. O qələbə ki, indi bütün dünya bundan danışır. Hətta tanınmış hərb mütəxəssisləri belə ordumuzun bu zəfərinə heyranlığını gizlətmir. Bəri başdan deyim ki, təkcə Şuşanın alınması bəlkə də dünya hərb tarixinə düşəcək, bu barədə hələ çox deyiləcək, çox yazılacaqdır.
Bəli, xalqımızın 30 illik həsrətinə son qoyuldu. İşğal olunmuş torpaqlarımızın azad edilməsi həm də ermənilərin 200 illik xəyanətlərinin, acgözlüyünün, məkrli planlarının, vəhşiliklərinin sonunu gətirdi. Söz yox ki, bu nankorlara etibar yoxdu, amma rüsvayçı biabırçılıqdan sonra çətin ki, onlar bir də özlərinə gələ.
Baxın, gör erməni vandalizmi hansı səviyyəyə gəlib ki, hələ məğlubiyyətdən sonra da əsl simalarını, daha doğrusu, simasızlıqlarını düyaya göstərməkdən utanmırlar. Mən təbii ki, bunu deyəndə erməni quldurlarının unitaza qədər maşınlara yükləməsini, ardınca da azərbaycanlıların ev-eşiklərinə od vurub yandırmalarını nəzərdə tuturam. Bu vəhşilərdən, bu yaramazlardan hansı alçaq hərəkətləri gözləməmək olar?!
Düşünürəm ki, ermənilərə heç bir güzəşt edilməməlidir. Halbuki artıq deputatlarımızdan biri düşmənin düşdüyü miskin vəziyyətə görə təzminat məsələsində Azərbaycanın yumşaq mövqe sərgiləməsini, səfirlərimizdən biri isə ermənilərə muxtariyyət verilməsini təklif edir. Belələrindən soruşmaq istərdim: əsrlərlə, illərlə və son müharibədə erməni qəddarlığını nə tez unutdunuz?
Elə güzəşt edə-edə başımıza bu oyunlar gəlməyibmi? Onları bağışlamaq olarmı?
Qətiyyətlə deyirəm: əsla yox!!!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ