Hörmətli Sədr, hörmərli həmkarlar!
Hörmətli hökumət üzvləri, media nümayəndələri!
Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və formada Milli Məclisə təqdim edilmişdir. Həm layihə, həm də hesabat tələb olunan məlumatları əhatə edərək qanunla müəyyən olunmuş qaydada tərtib olunmuşdur. 2019-cu ilin Dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri və sosial-iqtisadi siyasət istiqamətləri iləuzlaşdırılaraqqlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra olunmuşdur.
yaradıb.
Atributinfo.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri qeyd edib ki, qanun layihəsi və hesabat tərəfimizdən Hesablama Palatasına rəy üçün təqdim edilmiş və bu rəy palata tərəfindən komitə üzvlərinətəqdim edilmişdir. Əlavə olaraq Maliyyə Nazirliyi tərəfindən Dövlət İnvestisiya Xərclərinin ünvanlı strukturu da komitə üzvlərinə təqdim edilmişdir.
Təqdim olunmuş sənədlərin ətraflı izahı və müzakirələrin keyfiyyətinin artırılması məqsədilə ilk dəfə olaraq 22 may və 01 iyun tarixlərində komitədə daxili dinləmələr keçirilmişdir. Bu dinləmələrdəMaliyyə Nazirliyi və Hesablama Palatasının nümayəndələrinin iştirakı ilə büdcənin əsas parametləri, İqtisadiyyat Nazirliyi və Hesablama Palatasının nümayəndələrinin iştirakı ilə isə büdcənin tərtibində mühüm rol oynayan makro iqtisadi proqnozlar və onların gələcək tərtibində tətbiq olunacaq yeni yanaşmalar ətraflı müzakirə edilmişdir. Yeri gəlmişkən, belə faydalı müzakirələrin təşkilinə dəstək verdiyinə görə xanım sədr Sizə, habelə, Maliyyə və İqtisadiyyat Nazirliklərinin, Hesablama Palatasının rəhbərliyinə vədinləmələrdə iştirak edən hər kəsə komitə üzvləri adından minnətdarlığımı bildirirəm.
Hörmətli həmkarlar,
2018-ci ilin aprelində ölkəmizdə keçirilmiş Prezident seçkilərində Azərbaycan xalqı Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi kursun davam etməsinə, sabitliyə, əmin-amanlığa, iqtisadi tərəqqiyə və dayanıqlı inkişafa səs vermişdir. Dövlət başçısı andiçmə mərasimindəki proqram xarakterli çıxışında növbəti illərdə də sürətli və əhatəli islahatların aparılacağını bildirərək islahatların əsas hədəfi kimi iqtisadiyyatının saxələnməsini, qeyri-neft sektorunun öncül inkişafına şəraitin yaradılmasını, dayanıqlı və inklüziv iqtisadi inkişafı, Azərbaycan xalqının maddi rifahının daha da yaxşılaşdırılmasını və firavan həyatının təmin edilməsinigöstərimişdir. 2019-cu ilin icmal və dövlət büdcələrinin icrası qeyd olunan hədəflərə mərhələli qaydada çatmaq üçün lazımi maliyyə təminatını yaratmışdır.
İlk növbədə qeyd etmək istərdim ki, 2019-cu il Azərbaycanda ən sürətli, əhatəli islahatlar ili kimi yadda qalmışdır. Əvvəlki illərdə də ölkəmizdə bir çox istiqamətlərdə islahatlar həyata keçirilmişdir. Lakin indiyədək heç bir ildə 2019-cu ildə olduğu kimi eyni vaxtda bir neçə istiqamətdə, kompleks halda və genişmiqyaslı addımlar atılmamışdır. Təsadüfi deyil ki, Dünya Bankı da “Doing Business 2019” hesabatında Azərbaycanı dünyanın ən çox islahat aparan ölkəsi elan etmişdir.
Aparlıan iqtisadi islahatlar sürətli və inkluziv iqtisadi inkişafla nəticələnmişdir. Belə ki, qeyri-neft sənyaesinin istehsalının 14%, kənd təsərrüfatı istehsalının 7.3%, əhalinin real gəlirlərinin 4.7%, orta aylıq əmək haqqlarının 14% artmasıislahatların nəticələrinin qısa müddət ərzində iqtisadi subyektlər və əhali tərəfindən hiss edilməsinə səbəb olmuşdur. Dünya üzrə həm məcmu tələbin, həm də ticarətin artım templərində müşahidə olunan zəifləmə həm İnkişaf etmiş, həm də inkişaf etməkdə olan əksər ölkələrdə iqtisadi artım templərini əvvəlki ilə nisbətən azaltmışdır. Belə ki, qlobal iqtisadi artım 2018-ci ildəki 3.6% dən 2019-cu ildə 2.9% ə enmişdir. Azərbaycanda isə əksinə, 2018-ci ilə nisbətən iqtisadi artım 0.7% sürətlənərk2019-cu ildə 2.2%-ə çatmışdır. Qeyri neft sektoru üzrə iqtisadi artım isə3.5% təşkil etmişdir.. Xüsusi vurğulamaq istərdim ki, 2019-cu ildəki iqtisadi artım əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin edilmiş, artımda neft sahələrin rolu minimuma enmişdir. Ümumiyyətlə qeyri neft sektorunu ÜDM-dəki payı 2018-ci ildəki 58.3%-dən 2019-cu ildə 61.7%-ə qalxmışdır. ÜDM-in xərclər üsulu ilə tərkibinin təhlili göstərir ki, 2018-ci ildən fərqli olaraq 2019-cu ildə iqtisadi artıma daxili tələbi artması vasitəsilə nail olunmuşdur ki, bu da iqtisadiyyatda ən effektiv üsul sayılır.
Bununla yanaşı əsas kapitala yönəlmiş investisiyaların real həcmini azalması tikinti sektorunda əhəmiyyətli azalmaya səbəb olmuşdur.
Ölkədəəmək haqqı fondunun ÜDM-də payının artırılaraq 6.1%-ə çatması təqdirəlayiq haldır.
İnflyasiya səviyyəsi hesabat ili üçün proqnozlaşdırılmışgöstəricilərdən az olmuş, manatın məzənnəsində müşahidə edilən sabitlik də bu nəticəyə mühüm təsir etmişdir.
2019-cu ildə ölkəni strateji valyuta ehtiyatları artaraq 51.4 milyarddollar təşkil etmişdir, bu da ÜDM-in həcmindən çoxdur. 2019-cu ildə tədiyyə balansının cari əməliyyatlar balansında 4.3 milyardmanat həcmində profisit qeydə alınmışdır.
Hesabat ilində “AzəriLayt” markalı xam neftin dünya bazarlarında bir barelinin satış qiyməti orta hesabla 66.9 dollar olması büdcə gəlirlərinin icra edilməsi üçün münbit iqtisadi zəmin yaratmışdır. Xatırladım ki, 2019-cu ilin büdcə layihəsinin tərtibi zamanı xam neftin bir barelinin qiymət 60 dollar həcmində nəzərdə tutulmuşdu.
Azalmaqda olan neft gəlirlərindən optimal istifadə və büdcə dayanıqlığının təmin edilməsi ilə yanaşı, iqtisadi artım üçün münbit şəraitin formalaşdırılması, artım üçün alternativ mənbələrin tapılması, xüsusilə də özəl sektor tərəfindən iqtisadiyyata investisiyaların artırılmasıəsas prioritetlərdən olmuşdur. Bu baxımdan, xarici və daxili investorlar üçün əlverişli biznes mühitinin yaradılması, biznesin vergi yükünün optimallaşdırılması, maliyyə-bank sektoru tərəfindən sahibkarlara kredit dəstəyinin verilməsi 2019-cu ildə də xüsusi əhəmiyyət kəsb etmişdir. Qeyd olunmalıdır ki, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin bilavasitə tapşırığı ilə biznes mühitinin yaxşılaşması istiqamətində son illərdə həyata keçirilmiş tədbirlər Dünya Bankının sonuncu “DoingBusiness”, biznes üçün şərait hesabatında yüksək qiymətə layiq görülmüş, ölkəmiz 190 ölkə arasında 25-ci yerə yüksəlmişdir.
İqtisadi artıma digər dəstək istiqaməti olaraq sahibkarlar üçün 2019-cu ildən vergi yükünün azaldılması ilə bağlı tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdur. Bunların arasında ən nəzərəçarpanı neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərinin muzdlu işdən aylıq gəlir vergisindən 7 il müddətində azad edilməsi, mikro sahibkarlıq subyeklərinin vergiyə cəlb olununan gəlirlərinə 75%-lik güzəştin tətbiq edilməsi 2019-cu ildə ölkədə qeyri-leqal məşğulluğun səviyyəsini azaltmış, leqal şəraitdə işləmək istəyən sahibkarların sayını isə əhəmiyyətli dərəcədə artıraraq vergi daxil olmalarına müsbət təsir göstərmişdir.
Bütün bularla yanaşı hesabedirikki, 2019-cu ildə iqtisadi inkişafı daha da sürətləndirəcək iqtisadi potensialdan tam istifadə olunması üçün əlavə perspektivlərvə ehtiyatlarda mövcud olmuşdur. Bu potensialın təhlil edilməsi zəruridir.
Hörmətli həmkarlar!
Bildiyinizkimidövlət büdcəsi dövlətə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunmasınadairəsas maliyyə sənədi hesab olunur.
Buzəmində 2019-cu il dövlət büdcəsinin icrasını qənaətbəxş hesab etmək olar.
Öncə qeyd etmək istərdim ki, 2019-cu ilin icmal və dövlət büdcələri yeni büdcə qaydasına müvafiq olaraq hazırlanmış ilk büdcədir.
Büdcə qaydasının tətbiqi dövlət xərclərinin profisitliyinin əhəmiyyətli dərəcədə aradan qaldırılmasını, dövlət gəlirlərinin formalaşmasında hələ də mühüm xüsusi çəkiyə malik olan neft gəlirlərindən əvvəlcədən müəyyən olunmuş fiskal çərçivə daxilində istifadəsinə şərait yaratmışdır.
Ötənilindövlətbüdcəsininicrasıhaqqındamüzakirəmizətəqdimolunmuşhesabatəvvəlkiillərinhesabatlarıiləmüqayisədədahayetərlivəəhatəliolmuşdur.
Hesabatdan göründüyü kimi 2019-cu il dövlətimizin iqtisadi qüdrətinin möhkəmləndirilməsi və xalqımızın rifah halının yüksəldilməsində irəliyə doğru daha bir uğurlu addım olmuş, bütün sosial proqramlar fasiləsiz icra olunmuş, nəzərdətutulmuşhədəflərəəsasən nailolunmuşdur.
Dövlət və icmal büdcələrinin gəlirləri proqnozla nəzərdə tutulduğundan artıq, xərclərin isə təsdiq edilmiş büdcə ayırmaları həddini aşmadan icra olunmuşdur.
Beləki, 2019-cu il üçün icmal büdcənin gəlirləri 34,0 milyard manat və ya proqnoza nisbətən 4,8 milyard manat çox, xərcləri isə 26,5 milyard manat icra olunmuşdur.
İcmal büdcədə proqnoza nisbətən 5,6 milyard manat və ya 4,0 dəfə çox, yəni 7,5 milyard manat büdcə artıqlığı (profisit) yaranmışdır.
Ötən ildə vergi-gömrük sahəsində aparılmış genişmiqyaslı islahatlar və onun tərkib hissəsi olan "kölgə iqtisadiyyatı"na qarşı mübarizə və digər zəruri tədbirlərin görülməsi öz bəhrəsini bir büdcə ilində verməyə başlamışdır. Ümumiyyətlə ölkəmizdə aparılan iqtisadi islahatların əsas xarakterik xüsusiyyəti onların qısa müddət ərizində müsbət effekt verməsidir.
2019-cu ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 218 milyon manat olmaqla proqnoza qarşı 1 milyard 50 milyon manat və ya 4,5 faiz çox icra edilmişdir.
Təqdirəlayiq haldır ki, əldə olunan bütün əlavə gəlirlər və dövlət büdcəsində ənənəvi formalaşan ehtiyatlar istisnasız olaraq dövlət başçısı tərəfindən əhalinin sosial müdafiəsiningüclənməsinəyönəldilmişdir.
Ötən il dövlət büdcəsinin xərcləri 97 faiz icra edilməklə 24 milyard 426 milyon manat təşkil etmişdir.
Proqnozanisbətənbüdcə xərclərininaz icra olunmasınabaxmayaraq heç bir sosial layihənin,prioritetxərclərinvətədbirlərin ixtisar olunmaması təqdirəlayiq hal kimiqiymətləndirilməlidir.
2019-cu ildə fiskal orqanların dövlət büdcəsinə daxilolmaları artıqlaması ilə təmin etməsi və xərclərin qənaətlə icrası nəticəsindədövlətbüdcəsinin kəsirinin maliyyələşdirilməsimənbələrindən tam istifadə edilməsinəehtiyacqalmamış, kəsirin hesablama metodologiyasına uyğun olaraq faktiki kəsir proqnoza nisbətən qat-qat az olmuş, onun ümumidaxiliməhsulda xüsusi çəkisi isə cəmi 0,3 faiz təşkil etmişdir.
İndiisə 2019-cu ildə həyata keçirilmiş bəzi prioritet istiqamətlərin qısa xülasəsini diqqətinizə çatdırıram.
Qeydolunmalıdırki,büdcə xarici mənşəli risklərin ölkə iqtisadiyyatına mümkün mənfi fəsadları nəzərə alınmaqla icra olunmuş, makroiqtisadi sabitliyə xələl gətirmədən iqtisadi artımı dəstəklənmişdir.
2019-cu il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti faktiki icra göstəriciləri proqnozlaşdırılan 31,1%-ə qarşı– 26,6% təşkil etmişdir.
Hesabatda dövlət büdcəsindən maliyyələşən dövlət proqramları və tədbirlər üzrə icra vəziyyəti və onların nəticələri barədə məlumatlarvəgöstəricilər öz əksini tapmışdır.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin büdcə gəlirlərində xüsusi çəkisi 2018-ci iilə müqayisədə 1,8 faiz bənd azalmışdır.
Dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 2018-ci ilə nisbətən 3,4 faiz-bənd artaraq 43,8 faiz təşkil etmişdir.
Dövlət büdcəsi xərclərinin 31,8 faizi sosialyönlü xərclərin maliyyələşdirilməsinəyönəldilmişdir.
Ölkə Prezidentinin imzaladığı 2 böyük sosial paketin uğurlu icrasının nəticəsi olaraq sosial müavinət və təqaüdlər orta hesabla 92,0 faiz, minimum pensiyanın məbləği 72,0 faiz, minimum əməkhaqqı 92,0 faizartaraq, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda çalışanların əməkhaqları orta hesabla 50,0 faiz artırılmışdır.
Bu mühüm sosial paket 4.2 milyon insanı əhatə etməklə 2.3 mlrd vəsait hesabına yerinə yetirilmişdir.
Təqdirəlayiq haldır ki, böyükmaliyyətutumlubu işlər büdcənin ehtiyatları və imkanları hesabına maliyyələşdirilmiş, inflyasiyanın proqnozdan çox olmamasına imkan verilməmiş, əksinə inflyasiya aşağı olmuşdur.
Qeyd etmək istərdim ki, beynəlxalq təşkilatlar tərəfindən verilən proqnozların əksinə olaraq sosial paketlərdövlət büdcəsinin vəsaiti hesabına reallaşdırılmaq labüdcə qaydalarının pozulmasına imkanverilməmişdir.
Dövlət büdcəsində əməyin ödənişi üzrə xərclər 5,0 milyard manata yüksəlməklə ümumi xərclərin - 20,5 faizinəçatmışdır.
Dövlət dəstəyi qismindəfiziki şəxslərin problemli kreditlərinin həllinənailolunmaqla ümumilikdə 639,0 milyon manat kompensasiya məbləğinin ödənişininhəyatakeçirilməsitəminedilmişdir.
Aparılan təhlillər göstərirki, bu addım bank və kredit təşkilatlarının likvid vəsaitlərinin artmasına, problemli kredit portfelinin azalmasına, maliyyə vəziyyətinin yaxşılaşmasına və iqtisadiyyata kredit qoyuluşlarının artırılmasına əlavə imkan yaratmışdır.
Kredit portfelinin sağlamlaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində bank aktivlərinin keyfiyyətində yaxşılaşma müşahidə edilmiş, vaxtı keçmiş kreditlərin həcmi 2018-ci il ilə müqayisədə 19.7% azalaraq cəmi portfelin 8.3%-nə bərabər olmuşdur. Lakin istehlak kreditlərinin artım tempinin biznes kreditləri üzrə müvafiq göstəricini üstələməsi bizi narahat etməkdədir. Bütün bunlarla yanaşı bank sektorunda sağlamlaşma prossesi bu gün də davam etməkdədir. İnanırıq ki, görülın tədbirlər bank sektorunun fəaliyyəti iqtisadi islahatların hədəfləri ilə uzlaşdıra biləcəkdir.
Dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində uğurlu siyasət davametdirilməkləbüməqsədə ümumilikdə büdcə xərclərinin 13,9 faizi həcmindəvəsaityönəldilmişdir.
Ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşdüyünə görə ölmüş elan edilmiş şəhid ailələrinin vərəsələrinə 11 min manat hesabı ilə birdəfəlik müavinətlərin verilməsi təmin edilmişdir.
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılmaqla dövlət və icmal büdcələrindən üst-üstə 494,0 milyon manat vəsait ayrılmışdır.
Dövlətborcununidarəolunmasındasəmərəliyininvəçevikliyindahadaartırılması, dövlətborcuvəzəmanətiüzrəöhdəliklərinTəminatFondunununvəsaitlərindəndahadüzgünistifadəsihesabına 2019-cuildəəlavəborclanmayagedildikdənsonrabelə, ilinsonunaölkənindövlətborcununhəcmi164,0 milyonABŞdollarıməbləğindəazalmışdır.
Eynizamandaqeydolunmalıdırki, fiskal sektorda müşahidə olunan əsas meyllər dünya üzrə 2019-cu ildə xarici borcun sürətlə artmasına səbəb olmuşdur. Dünya üzrə məcmu dövlət borcunun ÜDM-ə nisbəti 2018-ci ildəki 81.5%-dən 2019-cu ildə 83.3%-ə qalxmışdır. Azərbaycanda isə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2019-cu ildə cəmi 18.9% olmuşdur. Bu göstərici dünya göstəricisindən 4.5 dəfə azdır.
Respublikanın 35 rayon və şəhəri dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyə yardımı almadan öz gəlirləri hesabına xərclərinin maliyyələşdirməsinə nail olunmuşdur.
2019-cu ildə vətəndaşların güzəştli şərtlərlə mənzillərlə təmin edilməsi, hərbi qulluqçuların mənzillərlə təmin edilməsi, habelə kirayə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara ödənilən pul kompensasiyası ilə bağlı xərclər dəicra olunmuşdur.
2019-cu ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinə dövlət büdcəsindənəzərdə tutulmuş məbləğdə dotasiya ayrılmış, proqnozaqarşıəlavə gəlir əldə etməklə öz xərclərini gəlirləri hesabına maliyyələşdirdiklərinəgörə bir sıra rayon və şəhərlərə nəzərdə tutulduğundan az dotasiya ödənilmişdirki, bunudamüsbəthalkimiqeydetməkolar.
Kifayət qədər dinamik bir il olan 2019-cu ildə dövlət büdcəsinin uğurlu icrası 2020-ci ilin sürətli iqtisadi inkişafı üçün də mühüm zəmin yaratmışdır. 2020-ci ilin 1-ci rübünün uğurlu iqtisadi göstəriciləri buna sübutdur. Gölənilmədən baş verən və xaricdən idxal olan pandemiya şəraiti iqtisadi inkişaf tempimizə təsir etsə də, bu ilin ilk 5 ayının büdcə gəlirlərinin proqnozdan artıq 500 mln manat icra edilməsi mühüm uğur sayılmalıdır.
Suveren iqtisadi ehtiyatlara sahib olan Azərbaycan dövlətinin hazırkı dövrdə atdığı operativ iqtisadi addımlar Azərbaycan iqtisadiyyatının bu çətin şəraitdən minimum itki ilə çıxmasına və post pandemiya dövründə iqtisadi inkişaf tempini bərpa etməyə imkan verəcək.
Ölkənin aidiyyəti icra hakimiyyəti orqanları, dövlət təşkilatları, maliyyə dövriyyəsinin az və çoxluğundan asılı olmayaraq hər bir sahibkar, fermer hətta mən deyərdim hər bir vətəndaş artıq tarixə çevrilmiş 2019-cu ilin yekunları üzrə öz fəaliyyətlərini təhlil edərək ötən ildə edə bilmədikləri uğurlardan və buraxılan hər bir andan nəticə çıxarmağa çağırıram.
Hörmətli hökumət üzvləri!
Bütün deyilənlərlə yanaşı səsləndirəcəyimbəzi təkliflərə də hökumət tərəfindən diqqət yetirilməsini xahiş edirəm.
Dövlət büdcəsinin təməli onun düzgün proqnozlaşdırılmasından çox asılıdır. Proqnozlaşdırılmada isə yeni qaydalara müvafiq olaraq təşkilatların sektor strateji planlarına ciddi önəm verilməsi vacib amillərdəndir.
Belə ki, Azərbaycan Respublikasi Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası” təsdiq edilmişdir. Hər bir büdcə təşkilatı öz sektor strateji planlarının keyfiyyətinin və səmərəliliyininartırılmasına ciddi önəm verməlidirlər. Bu planların strateji təhlili aparılmaqla, sektorun mövcud inkişaf səviyyəsi və bu sektorun fəaliyyətinə təsir edən amillər nəzərə alınmaqla hazırlanması ön planda durmalıdır.
Hesabatdan görünür ki, 2019-cu ilin dövlət büdcəsində əməyin ödənişi xərci üzrə 82,0 milyon manat qənaət yaranmışdır. Araşdırmalar göstərmişdir ki, bu əsasən büdcə təşkilatlarında olan vakant vəzifələrin vaxtında doldurulmaması ilə bağlıdır.
Hesab edirəm ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda vakant yerlərə işçilərin götürülməsi üçün dövlət qulluğuna qəbulla bağlı qaydalarda mövcud olan prosedurlarsadələşdirilməli, təşkilatların rəhbərlərinə bu sahədə bəzi sərbəstliklər verilməlidir.
Postpandemiya dövründə texnologiyaların və məlumat bazalarının rəqabət üztünlüyü yaradan əsas amil olacağını nəzərə alaraq həm iqtisadiyyatda, həm də idarəetmədə mərkəzləşmiş vahid texnoloji platformaların yaradılmasına, rəqəmsal iqtisadiyyatın inkişafına xüsusi diqqət yetirilməlidir.
Kənd təsərrüfatı sahəsində həyata keçirilən islahat tədbirlərinin tərkibi kimi Azərbaycanaxasolan kəndtəsərrüfatısahələriüzrə toxumçuluğun inkişafı üçün xüsusi dövlət dəstəyinin yaradılması və yeni stimullaşdırıcı mexanizmlərin tətbiqini vacib hesab edirik.
Qeyri-qanuniolaraqkənd təsərrüfatı təyinatlı torpaqların təyinatınındəyişdirilməsinəvəyaxudonlardanistifadəetməyənlərəqarşımübarizənindahadasərtləşdirilməsi çoxvacibdir.
Həmintorpaqlarındövriyyəyədaxiledilməsiümumidaxiliməhsulunformalaşdırılmasındaəhəmiyyətli rol oynayan kənd təsərrüfatının payının və xüsusi çəkisinin daha da artmasına zəmin yaradardı.
Hörmətli Sədr, hörmətli həmkarlar!
2019-cu il üçün dövlət büdcəsinin icrsı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi inkişaf kursunun ardıcıl surətdə davam etdirilməsi, əsas dövlət və sosial vəzifələrin həyata keçirilməsi, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması və iqtisadiyyatın stimullaşdırılmasıistiqamətində öz müsbət rolunu oynamışdır. Bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunmuş 2019-cu il dövlət büdcəsinin icrası layihəsinin qəbul olunmasını dəstəkləməyinizi xahiş edirəm.
Diqqətinizə görə təşəkkür edirəm!
