Elə atam Seyfulla Səməndər oğlu Xanəliyev də nəinki 1941-1945-ci illər, hətta Yapon müharibəsində də 416-ci Taqanrok diviziyasında qabaqcıl topçu kimi cəsarətlə döyüşmüş, fədakarlıqlar göstərmiş, saysız düşmən qüvvələrini məhv etmiş, eyni zamanda bədəninin müxtəlif hissələrindən xeyli qəlpə yaraları almışdır. 3 dəfə yaxınlıqda partlayan topun tükürpədici səsindən ağır dərəcəli baş-beyin travması keçirmiş və 3 dəfə o vaxtkı SSRİ rəhbəri (J. Stalinin şəxsən, imzazıyla) tərəfindən döyüşdə göstərdiyi qəhrəmanlıq nümunələrinə görə TƏŞƏKKÜRNAMƏ almışdır. 2-ci dərəcəli Böyük Vətən Müharibəsi veteranı idi. 1952-ci ildə əməliyyat zamanı bədənindəki qəlpələrin böyük hissəsi həkimlər tərəfindən təmizlənsə də, qıçının sümük nahiyəsində qalan qəlpə onun vaxtından qabaq dünyasını dəyişməsi ilə nəticələndi. Atam 1981-ci ildə 56 yaşında gözlərini dünyaya əbədi yumdu....
Ondan qalan orden və medalları, sağlığında danışdığı müharibə illərinin acı xatirələri, ən əsası isə bizə miras qoyub getdiyi mükəmməl öyüd-nəsihətləridir.
Fəxr edirəm ki, belə vətənpərvər ailədə-döyüşçü ailəsində dogulub böyümüşəm!
Allah bütün valideynlərə rəhmət eləsin!
Bəradər Səməndərli
