Bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
O qeyd edib ki, cərimələrin üzərinə faiz gəlmir: "Cərimələr bir ay müddətində ödənilməlidir. Bütün cərimələrlə bağlı bir ay vaxt verilib. Bu, yol hərəkəti əleyhinə olan inzibati xətalarla bağlı hesab olunmadığına görə üzərinə faiz tətbiq olunmur və bununla bağlı güzəşt də yoxdur. Amma bir ay müddətində ödəbilmədiyi halda, məcburi olaraq icraya yönəldiləcək".
