Sizin reklam burada
Sizin reklam burada

Mart Soyqırımı - tarixin qanlı səhifəsi

Mart Soyqırımı - tarixin qanlı səhifəsi
COŞQUN MƏMMƏDOV
Azərbaycan Respublikasının Milli Məclisi,
Elm və Təhsil Komitəsinin eksperti


“Böyük Ermənistan” xülyası ilə yaşayan və bu yolda hər cür murdar vasitələrə əl atan erməni şovunistləri öz havadarlarının böyük dəstəyi ilə xalqımıza qarşı daim terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti həyata keçirmişlər.
31 Mart Soyqırımı isə bu iyrənc siyasətin davamı, xalqımıza qarşı törədilən növbəti qəddarlığın bariz nümunəsidir. Bəşər tarixinin ən qanlı səhifələrindən biri olan Mart Soyqırımı təkcə paytaxt Bakıda deyil, vətənimizin digər bölgələrində - Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Qarabağda, Naxçıvanda, İrəvanda, Dərələyəzdə, Zəngəzurda və digər şəhər və kəndlərimizdə törədilmişdir. Qoca, cavan, uşaq demədən on minlərlə günahsız vətəndaşımızın kütləvi qətli xalqımızın qan yaddaşında silinməz izlər buraxmışdır.
Mart Soyqırımına ən layiqli qiymət isə Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev tərəfindən atıldı. Belə ki, Ulu öndər tərəfindən imzalanan 26 mart 1998-ci il tarixli Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməyə başlanıldı. Beləliklə, xalqımızın mənfur ermənilər tərəfindən soyqırıma məruz qalması təkzibolunmaz faktlarla bütün dünyaya bəyan edildi. Bu isə özünü dünyaya daim məzlum xalq kimi nümayiş etdirən, tarixi faktları özünə məxsus şəkildə təhrif edərək dünya ictimaiyyətini çaşdıran, yanlış istiqamətə yönəldən ermənilər üçün əsl xəyal qırıqlığı oldu.
Bu gün biz azərbaycanlılar əminliklə söyləyə bilərik ki, öz haqlı mövqeyini qoruyan, müdafiə edən, tarixi həqiqətləri dünyaya bəyan edən, düşmən üzərində siyasi, iqtisadi və hərbi cəhətdən üstün, əzici mövqeyə malik müstəqil və azad dövlətimiz vardır.
Bu dövlət layiqli davamçı, müdrik rəhbər, öz xalqına, vətəninə, adət və ənənələrinə, milli kimliyinə canı və qanı ilə bağlı olan, onu daim sevən, yaşadan İlham Heydər oğlu Əliyev cənablarının rəhbərliyi ilə gündən-günə inkişaf edir, möhkəmlənir və öz hərbi qüdrətini artırır. Bu isə gələcəkdə 31 Mart Soyqırımı kimi faciələrin bir daha təkrarlanmayacağına ən etibarlı təminatdır.
Bu gün xalqımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun işğal edilmiş bütün tarixi ərazilərini geri qaytaracağına, öz hərbi siyasi tarixinə yeni və möhtəşəm zəfərlərlə imza atacağına əminliklə inanır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ