Dünyada xəritədə tapmaq demək olar ki, mümkün olmayan mikro dövlətlər var. Kiçikdən böyüyə doğru həmin ölkələrin siyahısında olan ilk 10 ölkənin siyahısını sizə təqdim edirik. 1. VATIKAN (0,44 km²) - həm ərazisi, həm də əhalisinin sayına görə, dünya dövlətlərinin ən kiçik, eyni zamanda müstəqil və suveren ölkəsidir. 2. MONAKO (2,02 km²) - dünyada ən kiçik fransızdilli ərazi sayılır. 3. NAURU (21 km²) - dünyada ən kiçik müstəqil respublika, ən kiçik ada-dövlət, Avropadan kənarda ən kiçik dövlət və rəsmi paytaxtı olmayan dövlətdir. 4. TUVALU (26 km²) - Sakit okeanda doqquz mərcan adasından ibarət Polineziya ölkəsi. Ölkə Avstraliya və Havay adalarının arasında yerləşir. 5. SAN MARINO (61 km²) - Cənubi Avropada anklav mikrodövlət. San-Marino dörd tərəfdən İtaliya ilə əhatə olunmuşdur. 6. LİXTENSŞTEYN (160 km²) - və ya rəsmi adı ilə Lixtenşteyn Knyazlığı. Mərkəzi Avropanın cənub-qərbində mikrodövlət. 7. MARŞALL ADALARI (181 km²) - Marşall Adaları Respublikası — 1986-cı ilə qədər ABŞ-nin qəyyumluğu altında olmuşdur. Respublikanın ərazisində 34 mərcan adası, 1150 digər adalar daxildir. 8. SENT-KİTS VƏ NEVİS FEDERASİYASI (262 km²) - Karib dənizinin şərq hissəsində yerləşən dövlət, Sent-Kids və Nevis adalarından ibərətdir. 9. MALDIV ADALARI (298 km²) - Hindistanın cənubunda, Hind okeanındakı atollarda, Ərəbistan dənizində yerləşir. 10. MALTA (316 km²) - və ya rəsmi adı ilə Malta Respublikası Cənubi Avropada ada-dövlət.