Sizin reklam burada
Sizin reklam burada
  • Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

    Bu ilin birinci yarısında Maliyyə Nazirliyinin aparatına 1090 vətəndaş müraciəti ünvanlanıb.

    Maliyyə Nazirliyinə istinadən xəbər veririk ki, müraciətlərin 828-i ərizə, 252-si şikayət, 10-u təklif olub.

    Maliyyə Nazirliyində 99 müraciət üzrə 53 vətəndaş qəbul edilib.

    Yarım ildə Çağrı Mərkəzinə edilən zənglərin sayı 9396 olub ki, bunun 9156-sı birbaşa zəng, 240-ı səsli mesajdır. Zənglərin 9392-si sual xarakterli, 4-ü şikayət xarakterli olub.

    Hesabat dövründə Maliyyə Nazirliyi 315 məhkəmə işinə cavabdeh qismində cəlb olunub. Məhkəmə işlərindən 125-i başa çatıb, nəticədə 60 milyon manat qənaət edilib. Nazirlik 23 cinayət işinə zərərçəkmiş şəxs qismində cəlb olunub, 2 cinayət işi başa çatıb, nəticədə 1,02 milyon manat bərpa olunub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ