Sizin reklam burada
Sizin reklam burada
  • Dünya Bankı Azərbaycanda real ÜDM artımının proqnozlarını yeniləyib

    Dünya Bankı Azərbaycanda real ümumdaxili məhsul artımının 2024-cü ildə 2,4 faiz olacağını proqnozlaşdırıb.
    Dünya Bankının "Global Economic Prospects" məruzəsinə əsasən, 2025-ci ildə Azərbaycanda ÜDM artımı 2,5 faiz səviyyəsində proqnozlaşdırılır.
    Beləliklə, ölkədə orta illik artım 2,45 faiz olacaq.
    Qeyd etmək lazımdır ki, bu proqnozlar Dünya Bankının Azərbaycan iqtisadiyyatı ilə bağlı 2023-cü ilin oktyabrında keçirdiyi qiymətləndirmə ilə üst-üstə düşür.
    Dünya Bankının qiymətləndirmələrinə görə, 2023-cü ildə Azərbaycanda ÜDM 1,5 faiz olub.
    Qeyd edək ki, İqtisadiyyat Nazirliyi Azərbaycanda ÜDM artımının 2024-cü ildə 2,4 faiz səviyyəsində, 2025-ci ildə isə 2,9 faiz səviyyəsində olacağını proqnozlaşdırır.
    Xatırladaq ki, 2023-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda ÜDM 2022-ci ilin analoji dövrü ilə müqayisədə 0,8 faiz artaraq 110,2 milyard manata çatıb. (Tərcümə: Rəna Əbdürəhmanova)

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ