Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" (tvitter) sosial şəbəkə hesabında yazıb.
Nazir Azərbaycanda səfərdə olan EBRD-nin Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone ilə görüşüb.
"Görüşdə EBRD-nin krediti əsasında “Aztelekom” MMC-nin həyata keçirdiyi genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi layihəsinin irəliləyişi haqqında danışdıq", - R.Nəbiyev bildirib.
