Dövlət Vergi Xidmətinə istinadla xəbər veriıir ki, gücləndirilmiş elektron imzası olan vergiödəyiciləri mobil telefon, kompüter və digər mobil qurğular vasitəsilə bütün elektron xidmətlərdən maneəsiz və təhlükəsiz istifadə edə biləcəklər.
Vergiödəyicisi elektron kabinetinə daxil olmaq və sadalanan elektron xidmətlərdən faydalanmaq üçün gücləndirilmiş elektron imzaya (Asan İmza) sahib olmalıdır. Vergiödəyicilərinə bu yeniliyin indidən təqdim edilməsi onlara “Asan İmza”ya sahib olmaq üçün vaxt qazandırır.
Gücləndirilmiş elektron imzanın istifadəsi ilk növbədə vergiödəyicisi üçün yüksək təhlükəsizlik vəd edir. Həmçinin vergiödəyiciləri gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə bir sıra elektron xidmətlərdən, o cümlədən əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması, e-qaimə-fakturaların təqdim olunması və s. xidmətlərdən yararlana bilirlər.
/atributinfo.az/
