Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan Pekində keçirilən beynəlxalq ticarət sərgisində yerli məhsulları tanıdıb

    Azərbaycan Çinin paytaxtı Pekin şəhərində keçirilən beynəlxalq ticarət sərgisində yerli məhsulları tanıdıb.
    Atributinfo.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri "X" (tvitter) sosial şəbəkə hesabında məlumat verib.
    "Pekin şəhərində keçirilən Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisində (CIFTIS) iştirak etdik. Qlobal xidmətlər ticarətini təşviq edən bu sərgi Azərbaycanın iqtisadi potensialının, investisiya imkanlarının və yerli məhsullarımızın tanıdılması üçün səmərəli platformadır", - nazir paylaşımında yazıb.
    Qeyd edək ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti sentyabrın 1-4-də Çin Xalq Respublikasında səfərdə olacaq.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ