Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanda hər ay inflyasiya hesabatı hazırlanacaq

    Azərbaycanda hər ay inflyasiya hesabatı hazırlanacaq Atributinfo.az xəbər verir ki, Azərbaycanda hər ay inflyasiyaya dair hesabat hazırlanacaq. Bu barədə baş nazir Əli Əsədovun imzaladığı sərəncamda deyilir.
    Sərəncama əsasən Azərbaycanda inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə İşçi qrup yaradılıb.
    İşçi qrupuna tapşırılıb ki, ölkədə inflyasiya proseslərinin təhlili üzrə işlərin daha da gücləndirilməsi və qiymət monitorinqinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görüb, ayda bir dəfə nəticəsi barədə hesabatın Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasını təmin etsin.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ