Bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verilir.
Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,57 dollar bahalaşaraq 75,43 dollar olub.
Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,66 dollar bahalaşaraq 52,47 dollar olub.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti iyunun 28-də 0,54 dollar bahalaşaraq 73,33 dollar olub.
(Tərcümə: Rəna Əbdürəhmanova)
/atributinfo.az/
