"Zəngin təbii sərvətlərə, davamlı iqtisadiyyata və müasir texnologiyalara malik olan müstəqil Azərbaycan dövləti dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində də aparıcı mövqe tutur."Bu fikirləri "Atributinfo.az"-a açıqlamasında Göygöl Elektrik Şəbəkəsinin rəisi Elgün Qafarov demişdir. O, qeyd et.işdir ki, ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən enerji təhlükəsizliyi siyasətinin nəticələridir. Eyni zamanda ölkəmizdə yaradılmış şəffaf və təhlükəsiz investisiya mühiti enerji sahəsində də Azərbaycana olan maraqları artırmışdır:
"Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması əsas prioritetlərimizdən biridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı qeyd edib ki, “Bakı Enerji Həftəsi düşünürəm ki, enerji sahəsində aparıcı beynəlxalq tədbirlərdən biridir. Sözlərimi sübut etmək üçün sadəcə kimlərin bizim tədbirimizə mesajlarını göndərdiyini qeyd etmək kifayətdir – ABŞ Prezidenti Bayden və Böyük Britaniyanın Baş naziri Sunak. Beləliklə, bunlar bizim tədbirimizin qlobal əhəmiyyətinin göstəricisidir. Bu fürsətdən istifadə edərək ABŞ Prezidentinə, Böyük Britaniya Baş nazirinə, onların bu tədbirdəki nümayəndələrinə mehriban mesajlarına və ilhamlandırıcı sözlərinə görə minnətdarlığımı ifadə etmək istərdim. Təxminən 30 ildir ki, biz enerji sahəsində uğurlu əməkdaşlıq edirik, indi isə sadəcə enerji sahəsində deyil, biz əməkdaşlığımızı şaxələndiririk və ABŞ və Böyük Britaniya hökumətləri artıq Azərbaycanın öz Xəzər dənizi resurslarını inkişaf etdirməsi üçün bütün təşəbbüslərini dəstəkləyiblər - birinci neft və daha sonra qaz”.
Prezident İlham Əliyev Azərbaycanın ABŞ və Böyük Britaniyanın da dəstəyi ilə həyata keçirdiyi enerji infrastrukturu layihələrinin Avrasiyanın enerji xəritəsini dəyişdiyini qeyd edib.
Dövlət başçısı əlavə edib ki, enerji təhlükəsizliyi artıq ölkələr üçün milli təhlükəsizlik məsələsidir'- Elgün Qafarov demişdir
Bəradər
"Atributinfo.az"
