Sizin reklam burada
Sizin reklam burada
  • “Açıq mikrofon” aksiyası Göygöl rayonunda

    SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası Göygöl rayonunda baş tutub.
    "Atributinfo.az"-a bölgədən verilən məlumata görə
    Bu məqsədlə Göygöl rayonunda “Səyyar qəbul otağı” qurulub. “Səyyar qəbul otağı”na ümumilikdə 6 müraciət ünvanlanıb. Müraciətlərin qeydə alındığı siyahıda fərdi yaşayış evinin qazlaşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi və debitor borcun ödənilməsində köməkliyin göstərilməsi kimi istəklər yer alıb. Gəncə RQİİ-nin rəhbər şəxsləri tərəfindən səsləndirilən problem və təkliflər barədə aksiya iştirakçılarına ətraflı məlumat verilib, bəzi müraciətlər araşdırılması üçün nəzarətə götürülüb.

    Zahir Məmmədov
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ