Sizin reklam burada
Sizin reklam burada

Yanvar-oktyabr aylarında Türkiyədən Özbəkistana ixrac edilən avtomobil sənayesi məhsullarının həcmi artıb

Türkiyə 2022-ci ilin yanvar-oktyabr aylarında Özbəkistana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz azaldaraq 36,3 milyon dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Oktyabr ayında Türkiyə Özbəkistana avtombil sənayesi məhsulları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 42,6 faiz azaldaraq 3,3 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq 24,96 milyard dollara bərabər olub.
Bu ilin oktyabr ayında Türkiyə 2,7 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 1,8 faiz çoxdur.
Qeyd olunub ki , son 12 ay ərzində (oktyabr 2021- oktyabr 2022) Türkiyə 30,5 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ