Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan öz enerji balansına bərpa olunan enerji mənbələrinin tətbiqi üçün unikal mövqedədir - Avropa İqtisadi Komissiyası

    Azərbaycan öz enerji balansına bərpa olunan enerji mənbələrinin tətbiq olunması üçün unikal mövqedədir.
    Bunu bazar ertəsi BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) Bərpa olunan enerji mənbələri üzrə ekspertlər qrupunun katibi Canluka Sambuçini deyib.
    O qeyd edib ki, COVID-19-un və enerji böhranının iqtisadiyyata təsirinə baxmayaraq, ölkənin bərpa olunan enerjinin inkişafı ilə bağlı böyük perspktivləri var.
    "Ümumilikdə, Azərbaycanın qarşısında elektrik enerjisi balansında bərpa olunan enerjinin payını 2026-cı ilədək 24 faizə, 2030-cu ilədək 30 faizədək artırmaq hədəfi dayanır. Bu hədəflərin əldə olunması üçün son zamanlarda çoxlu layihələr icra olunub. Məsələn, yeni elektrik stansiyaları, o cümlədən Azərbaycanın ernrji sisteminin transformasiyası vacib əhəmiyyət daşıyan meqalayihələr istifadəyə verilib. Bütün bunlar Azərbaycanda bərpa olunan enerjinin istehlakının artmasına və ölkənin bu növ enerjinin ixracatçısına çevrilməsinə xidmət edir", - C.Sambuçini əlavə edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ