Türkiyənin xarici bazarlara avtomobil sənayesi məhsulları ixracı artıb
İqtisadiyyat
10-10-2022, 06:27
285
2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 22,3 milyard dollara bərabər olub. Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər. “Bu ilin sentyabr ayında Türkiyə 2,8 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 11,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib. Qeyd olunub ki , son 12 ay ərzində (sentyabr 2021- sentyabr 2022) Türkiyə 30,4 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.