Sizin reklam burada
Sizin reklam burada
  • Avropaya enerji resurslarının tədarükünün artırılması Azərbaycanın gündəliyindədir - SOCAR-ın vitse-prezidenti

    Avropaya enerji resurslarının tədarükünün artırılması Azərbaycanın gündəliyindədir - SOCAR-ın vitse-prezidenti Azərbaycanın enerji sektoruna xarici investorları cəlb etmək lazımdır.
    Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Kənan Nəcəfov ADA Universitetində 16-cı Bakı Yay Enerji Məktəbinin açılışında deyib.
    "Bizim enerji siyasətimizin mühüm istiqamətləri daha çox investor cəlb etmək və təbii ki, bərpa olunan enerji mənbələrinin inkişafıdır", - K.Nəcəfov bildirib.
    Onun sözlərinə görə, Azərbaycanın gündəliyinə Avropaya enerji resurslarının tədarükünün artırılması məsələsi daxildir.
    O qeyd edib ki, Azərbaycan artıq enerji resurslarının etibarlı təchizatçısıdır və bu sahədə böyük perspektivlər var.
    Qeyd edək ki, 16-cı Bakı Yay Enerji Məktəbi ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun dəstəyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), bp Azerbaijan, Kolin, Masdar və "TotalEnergies" şirkətlərinin tərəfdaşlığı ilə keçirilir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ