Azərbaycanda investisiya fəaliyyətinin yeni formaları müəyyən edilir
İqtisadiyyat
8-04-2022, 06:01
453
Azərbaycanda investisiya fəaliyyətinin həyata keçirilməsi formaları müəyyən edilir. Bu barədə məsələ “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsində əksini tapıb. Qanun layihəsinə əsasən, investisiya fəaliyyəti aşağıdakı formalarda həyata keçirilə bilər: - hüquqi şəxslərin yaradılması və yenidən təşkili; - hüquqi şəxslərdə iştirak paylarının (səhmlərin) əldə edilməsi; - xarici hüquqi şəxsin Azərbaycan Respublikasında filial və nümayəndəliyinin təşkili; - fərdi sahibkarlıq; - investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilənin bağlanması; - əmlakın, o cümlədən əmlak hüquqlarının və pul dəyəri olan digər hüquqların əldə edilməsi; - bu Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktlarda qadağan olunmayan digər formalar.