Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan neftinin qiyməti 6 dollardan çox artaraq 125 dolları ötüb

    Azərbaycan neftinin qiyməti 6 dollardan çox artaraq 125 dolları ötüb CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 23-də 125,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,26 dollar/barel çoxdur.
    Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
    FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 124,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,41 dollar/barel çoxdur.
    Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 88,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,4 dollar/barel çoxdur.
    Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 126,5 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 6,17 dollar/barel çoxdur.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ