Sizin reklam burada
Sizin reklam burada
  • Ölkəmizin 53 milyard dollar ehtiyatı var - SPİKER

    Ölkəmizin 53 milyard dollar ehtiyatı var - SPİKER Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasını açıq elan edib.
    Spiker Nazirlər Kabinetinin 2021-ci il üzrə hesabatı ilə tanış olduğunu bildirib.
    "Hazırda ölkənin 53 milyard dollar maliyyə ehtiyatı var. Makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın gücləndirilməsi 2021-ci ildə də öz təsdiqini tapıb. Ötən bir il ərzində daha da artırılmış iqtisadi göstəricilər inkişafı sürətləndirir", - deyə spiker çıxışında vurğulayıb.
    Qeyd edək ki, bu gün parlamentin iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunur.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ