Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan neftinin qiyməti 106 dolları keçib

    Azərbaycan neftinin qiyməti 106 dolları keçib CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 24-də 106,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,42 dollar/barel çoxdur.
    Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
    FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 105,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,11 dollar/barel çoxdur.
    Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 91,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,16 dollar/barel azdır.
    Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 106,52 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 6,03 dollar/barel çoxdur.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ