Sizin reklam burada
Sizin reklam burada

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb Noyabrın 11-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Zəfər Günü ilə əlaqədar səmimi duyğularını bölüşüb.Qeyd edib ki, Azərbaycanla Türkiyənin münasibətlərinin gücləndirilməsində hər iki ölkənin başçıları İlham Əliyevin və Rəcəb TayyibƏrdoğanın müstəsna rolu var. 44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyənin ölkəmizə birmənalı mənəvi-siyasi dəstək verməsi qürurverici haldır.
Bildirilib ki,işğal olunmuş ərazilərin azad edilməsi ölkəmizin iqtisadiyyatının genişlənməsinə kömək edəcək. Uzun müddət işğal altında olan bu ərazilər böyük iqtisadi potensiala, zəngin yeraltı və yerüstü təbii sərvətlərə, turizm üçün geniş imkanlara malikdir.Bu gün Azərbaycanda xarici investisiyalar üçün, xüsusən də qardaş Türkiyə üçün bu sahədə geniş imkanlar mövcuddur.
GörüşdəTahir MirkişiliAzərbaycan dövlət başçısının fərmanı ilə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkınınyaradılmasından danışıb. Bildirib ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının resursları, Zəngəzur dəhlizinin açılması ilə yaranacaq tranzit potensialı mühüm əhəmiyyətə malikdir.
Görüşdə iştirak edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, komitə üzvləri Ziyad Səmədzadə, Vahid Əhmədov, Mahir Abbaszadə və Anar Məmmədov iki ölkəarasındakı iqtisadi münasibətlərdən, strateji tərəfdaşlıq əlaqələrindəndanışıblar.
Səmimi qəbula görə təşəkkürünü bildirən TBMM-in Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım bir daha Zəfər Günü münasibəti ilə təbriklərini çatdırıb. Vurğulayıb ki, Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil, Türkiyədə də həmin Türkiyə deyil. Biz nə edəcəyimizi bilirik. Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün nümunədir. İki ölkə arasında bir çox sahələrdə, xüsusilə parlamentlərarası münasibətlərdəyüksək səviyyəli əməkdaşlıq mövcuddur O, ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəm təməllər üzərində qurulduğunuqeyd edib.
Şamil Ayrımın bir sıra sahələrə investisiya qoyuluşunun əhəmiyyətindən söz açıb. Həmçinin iş adamlarının işğaldan azad olunmuş ərazilərə investisiya yatırmaqda maraqlı olduqlarından danışıb.
Sonda görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşübMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb



  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ