Sizin reklam burada
Sizin reklam burada
  • Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin açılışı olub

    Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin açılışı olub Ora daxildir “Zabrat-1 dayanacağı, “Zabrat-2” stansiyası, "Məmmədli" dayanacağı, "Pirsağı" stansiyası

    Noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının açılışı olub.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
    Dövlətimizin başçısı stansiyanın rəmzi açılışını bildirən lenti kəsib.
    “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Prezident İlham Əliyevə Abşeron dairəvi dəmir yolu xəttində aparılan yenidənqurma işləri və perspektiv planlar barədə məlumat verib.
    Dövlətimizin başçısı Pirşağı stansiyasından qatarla “Zabrat-2” stansiyasına yola düşüb.
    Abşeron dairəvi dəmir yolu xəttində ümumilikdə 17 stansiya və dayanacaq var.
    Prezident İlham Əliyev “Zabrat-2” stansiyasına gəldi. Yenidənqurma işləri çərçivəsində bu stansiya da müasir səviyyəyə çatdırılıb.
    Sonra dövlətimizin başçısı “Zabrat-2” stansiyasından Bakı Dəmir Yolu Vağzalına yola düşüb.
    Bakı Dəmir Yolu Vağzalına gələn Prezident İlham Əliyevə burada “Defektoskop” infrastruktur-diaqnostika kompleksi barədə məlumat verilib.
    Dövlətimizin başçısı burada bir qrup dəmiryolçu ilə görüşdü, son illərdə Azərbaycan dəmir yollarının inkişafı istiqamətində görülən işlərdən danışıb.
    Sonra dövlətimizin başçısı metronun “28 May” stansiyasının qarşısında vətəndaşlarla görüşdü, onlarla söhbət edib.
    Daha sonra Prezident İlham Əliyev Dəmir Yolu Muzeyi ilə tanış olub.

    Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin açılışı olubBakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin açılışı olubBakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin açılışı olubBakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin açılışı olubBakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin açılışı olubBakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin açılışı olubBakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin açılışı olub

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ