Sizin reklam burada
Sizin reklam burada
  • Rusiya Azərbaycana daha 60 metro vaqonu tədarük edəcək

    Rusiya Azərbaycana daha 60 metro vaqonu tədarük edəcək Moskvada "Metrovaqonmaş" ASC ilə "Bakı Metropoliteni" QSC arasında müqavilə imzalanıb.
    APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, müqaviləni Azərbaycan tərəfdən "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov, Rusiya tərəfindən isə "Metrovaqonmaş" ASC-nin baş direktoru Boris Boqatıryov imzalayıblar.
    Qeyd edək ki, müqavilə 765 seriyalı 60 ədəd metro vaqonunun "Bakı Metropoliteni" QSC-yə tədarükünü nəzərdə tutur.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ