Sizin reklam burada
Sizin reklam burada
  • Ötən ilin dövlət büdcəsinin gəlir və xərcləri məlum olub

    Ötən ilin dövlət büdcəsinin gəlir və xərcləri məlum olub 2018-ci il dövlət büdcəsinin gəlir və xərclərinin cəmi açıqlanıb.
    Bu, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası barədə" qanun layihəsində əksini tapıb.
    2017-ci il dövlət büdcəsinin gəlirlərinin cəmi 16 516 684 min manat, 2018-ci ildə bu rəqəm 5 992 185,7 min manat çox, yəni 22 508 869,7 min manat olub.
    Həmçinin 2017-ci il dövlət büdcəsinin xərclərinin cəmi 17 594 748 min manat, 2018-ci ildə bu rəqəm 5 137 166,5 min manat çox, yəni 22 731 644,5 min manat olub.
    Qeyd edək ki, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası barədə" qanun layihəsi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ