Sizin reklam burada
Sizin reklam burada
  • Avropa çempionu olmuş futbolçu karyerasını başa vurub

    İtaliya milli komandasının sabiq futbolçusu Çiro İmmobile karyerasını başa vurub.

    Son olaraq Fransanın "Paris" klubunun formasını geyinən hücumçu 36 yaşında futbolla vidalaşıb. Onun Parisin eyniadlı təmsilçisi ilə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulsa da, komandanı vaxtından əvvəl tərk edib.

    Qeyd edək ki, Çiro İmmobile karyerası ərzində "Latsio", "Borussiya Dortmund", "Yuventus", "Beşiktaş", "Sevilya", "Torino", "Cenoa", "Bolonya", "Peskara", "Qrosseto" və "Siena" komandalarının da şərəfini qoruyub.

    Veteran hücumçu 4 dəfə İtaliya A Seriyasının bombardiri olub, Avro-2020-də yığma ilə qızıl medal qazanıb. İmmobile "Latsio"nun tarixinin ən sərrast futbolçusudur.

    O, 2020-ci ildə "Qızıl butts" mükafatına da layiq görülüb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ