Sizin reklam burada
Sizin reklam burada
  • Türkiyə Superliqası: "Qalatasaray" mövsümə xal itkisi ilə başlayıb

    Futbol üzrə Türkiyə Superliqasında 2026/2027-ci illər mövsümünə start verilib.

    Açılış matçında son çempion "Qalatasaray" öz meydanında liqanın debütantı "Çorum" komandasını qəbul edib.

    "RAMS Park" stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

    Matçda hesabı 52-ci dəqiqədə "sarı-qırmızılıların" heyətində Viktor Osimhen açaraq mövsümün ilk qoluna imza atıb. Daha sonra qonaqlar 59-cu dəqiqədə Aleksandros Kiziridisin dəqiq zərbəsi ilə bərabərliyi bərpa ediblər. Qoldan dərhal sonra təzyiqi artıran debütant cəmi 2 dəqiqə sonra Xesus Ramiresin qolu ilə hesabda önə keçməyi bacarıb.

    Matçın 90-cı dəqiqəsində isə yenidən fərqlənən Viktor Osimhen həm dublunu, həm də yekun hesabı müəyyənləşdirib.

    Beləliklə, mövsümün açılış oyununda heç-heçəyə razılaşan komandalar hərəyə bir xalla kifayətləniblər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ