Sizin reklam burada
Sizin reklam burada
  • Premyer Liqa: Son çempion "Sabah" ilk oyununa çıxır

    Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında I turun daha iki oyunu keçiriləcək.

    Əvvəlcə meydana "Araz-Naxçıvan" və "İmişli" komandaları çıxacaq. Qəbələ şəhər stadionunda təşkil olunacaq görüş saat 18:30-da başlayacaq.

    Digər matçda isə son çempion "Sabah" "Kəpəz"i qəbul edəcək. Masazırda yerləşən "Bank Respublika Arena"da baş tutacaq qarşılaşma saat 20:45-də start götürəcək.

    Qeyd edək ki, mövsümün açılış matçında "Turan Tovuz" doğma meydanda "Qəbələ"ni 1:0 hesabı ilə üstələyib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ