Mövsümün ilk qarşılaşmasında “Turan Tovuz” öz meydanında “Qəbələ”ni qəbul edəcək. Görüş saat 19:30-da başlayacaq.
Qeyd edək ki, çempionatın ilk turunun digər oyunları qarşıdakı günlərdə keçiriləcək. Avqustun 15-də “Araz-Naxçıvan” – “İmişli” və “Sabah” – “Kəpəz” matçları baş tutacaq. Avqustun 16-da “Sumqayıt” – “Neftçi” və “Zirə” – “Safa” qarşılaşmaları keçiriləcək. İlk turun son oyunu isə avqustun 17-də olacaq və “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Şamaxı”nı qəbul edəcək.
