Sizin reklam burada
Sizin reklam burada
  • PSJ ardıcıl 2-ci dəfə UEFA Superkubokunun qalibi olub

    UEFA Superkubokunun qalibi müəyyənləşib.

    Fransanın PSJ və İngiltərənin “Aston Villa” komandalarını üz-üzə gətirən görüş Avstriyanın Zalsburq şəhərindəki “Red Bull Arena”da təşkil olunub.

    Somalidən olan FIFA referisi Ömər Artanın idarə etdiyi qarşılaşma Paris təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Fransa çempionunun heyətində qolları Xviça Kvaratsxeliya və Dezire Due vurublar. İngiltərə klubundan isə Brayan Madjo fərqlənib.

    Bununla da parislilər ardıcıl 2-ci dəfə UEFA Superkubokuna sahib çıxıblar.

    Qeyd edək ki, ötən mövsüm PSJ Çempionlar Liqasının, “Aston Villa” isə Avropa Liqasının qalibi olub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ