Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 5 ölkənin iştirakı ilə təşkil olunan yarışa Azərbaycan millisi 2 idmançı ilə qatılıb və onların hər ikisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Boksçulardan - Sərxan Haqverdiyev (70 kiloqram) və Teymur Tanrıverdiyev (+70 kiloqram) bütün rəqiblərinə qalib gələrək, qızıl medala yiyələniblər. Finalda yerli idmançılarla döyüşən boksçular görüşü vaxtından əvvəl tam üstünlüklə öz xeyirlərinə bitiriblər.
Komandanın çalışdırıcısı Etibar Abdullayev isə turnirin ən yaxşı məşqçisi seçilib.
