Sizin reklam burada
Sizin reklam burada
  • Müxtəlif sahələrdə fəallığı ilə fərqlənən 15 gənc təltif olunub

    Bakı Şəhər Gənclər və İdman İdarəsi və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə 12 Avqust - Beynəlxalq Gənclər Günü qeyd olunub.

    İdarədən verilən məlumata görə, Bakı Gənclər Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən şəhidlərinin ruhunun anılması ilə başlanıb.

    Sonra Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini vəzifəsini icra edən Rəhimə İsmayılova gəncləri təbrik edərək fəaliyyətlərində uğurlar arzulayıb.

    Müxtəlif sahələrdə fəallığı ilə fərqlənən 15 gənc Bakı şəhər Gənclər və İdman İdarəsi tərəfindən təltif olunub. Tədbir musiqili proqramla davam edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ