Turnir Novosibirsk şəhər meriyasının Bədən Tərbiyəsi və İdman Departamentinin dəstəyi ilə “Rusiya-Azərbaycan Gəncləri Assosiasiyası” Novosibirsk regional ictimai təşkilatı tərəfindən təşkil olunub.
Açılış mərasimində Novosibirsk şəhər merinin müavini Maksim Ostanin və Novosibirsk vilayətinin regional siyasət nazirinin müavini İqor Atyakşev iştirak ediblər.
Yarışda Novosibirsk, Krasnoyarsk, Omsk, Barnaul, Kemerovo və Tomsk vilayətindən iyirmi komanda iştirak edib. Turnir Rusiyanın müxtəlif bölgələrindən yüzlərlə idmançı və azarkeşi bir araya gətirib, idmanın təşviqi, tarixi yaddaşın qorunması və xalqlar arasında dostluğun möhkəmləndirilməsi üçün platforma rolunu oynayıb. “Sokol” komandası final matçında penaltilər seriyasında qalib gələrək “Qızıl kubok” qazanıb.
Turnir zamanı iştirakçılar və qonaqlar üçün mədəni və əyləncə proqramı da təşkil edilib.
