22 yaşlı oyunçu Milli Basketbol Assosiasiyası (NBA) təmsilçisi ilə 5 illik sözləşmə bağlayacaq və ümumilikdə 185 milyon dollar qazanacaq.
Bu müqavilənin rəsmiləşməsi ilə A.Şəngün Türkiyə tarixində ən çox qazanan idmançı olacaq.
Qeyd edək ki, Alpərən Şəngün üç ildir “Hyuston Rokets”in formasını geyinir.
