Dünya çempionatı: Azərbaycan minifutbol millisi mübarizəyə başlayır
İdman
7-10-2024, 11:41
174
Azərbaycanın minifutbol üzrə U-23 yığması Xorvatiyanın Malıy Loşin şəhərində keçirilən dünya çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq. Milli Serbiya ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 15:30-da start götürəcək. Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 8-də Hindistan, oktyabrın 9-da isə Çexiya ilə qarşılaşacaq.