Sizin reklam burada
Sizin reklam burada
  • İtaliyanı məğlub edən İspaniya yığması pley-offda

    AVRO-2024-ün B qrupunda II tura yekun vurulub.
    Günün son matçında İspaniya ilə İtaliya üz-üzə gəlib.
    İlk turda qalib gələn komandaların duelində İspaniya 3 xalı qazanıb. Bu qələbə pirineyliləri 1/8 finala yüksəldib. Yeganə qolu italiyalı müdafiəçi Rikkardo Kalafiori öz komandasının qapısından keçirib.
    Qeyd edək ki, B qrupunun son turunun matçları iyunun 24-də keçiriləcək.
    AVRO-2024
    Qrup mərhələsi, II tur
    20 iyun, B qrupu
    23:00. İspaniya - İtaliya - 1:0
    Qol: Rikkardo Kalafiori, 55 (öz qapısına)
    Baş hakim: Slavko Vinçiç (Sloveniya)
    Helzenkirhen. “Aufşalke Arena”

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ