Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanın U-21 millisi Ukraynaya qarşı

    21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
    Yığmamız AVRO-2025-in seçmə mərhələsində Ukrayna ilə görüşəcək.
    F qrupunda sonuncu pillədə qərarlaşan Samir Əliyevin yetirmələri lideri büdrətməyə çalışacaq. Dörd gün əvvəl İngiltərəyə dörd top fərqi ilə uduzan millimiz “Azərsun Arena”ya uğur qazanmaq üçün çıxacaq. Görüş saat 16:00-da başlayacaq.
    Qeyd edək ki, qrupumuzda baş tutacaq digər iki oyunda Serbiya Şimali İrlandiyanı, İngiltərə Lüksemburqu qəbul edəcək. Bu qarşılaşmalar Bakı vaxtı ilə müvafiq olaraq 21:00 və 23:00-da başlayacaq.
    AVRO-2025-in seçmə mərhələsi
    F qrupu
    26 mart
    16:00. Azərbaycan – Ukrayna
    Baş hakim: Dario Bel (Xorvatiya)
    Bakı. “Azərsun Arena”

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ