Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan millisi bu gün Bolqarıstanla üz-üzə gələcək

    Azərbaycan millisi Bakıda təşkil olunan “FIFA series - Edition 2024” layihəsində bu gün növbəti oyununu keçirəcək.
    Oxu.Az-ın məlumatına görə, yığma Bolqarıstan kollektivi ilə üz-üzə gələcək.
    Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlanacaq.
    Görüşü estoniyalı hakim Kristo Tohver idarə edəcək.
    “FIFA series - Edition 2024”
    25 mart
    20:00. Azərbaycan - Bolqarıstan
    Baş hakim: Kristo Tohver (Estoniya)
    Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
    Qeyd edək ki, komandamız ilk matçında Monqolustana, bolqarlar isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ